SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.
Belə ki, SOCAR və "ExxonMobil" şirkəti arasında imzalanmış "Hasilatın Pay Bölgüsü Sazişi"nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz "ExxonMobil" olmaqla bölüşdürüləcək.
Mərasimdə həmçinin SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə edilib.
Bundan başqa, SOCAR ilə "Comstock Resources" şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək SOCAR tərəfindən ABŞ-dən kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcəklər.
Eyni zamanda, SOCAR ilə "Apollo" şirkəti arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bir sıra məsələləri nəzərdə tutur.
SOCAR ilə "Securing Energy for Europe GmbH" (SEFE) şirkəti arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Həmçinin SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir.
Azərbaycanda "Oracle Alloy" platformasının tətbiqi ilə bağlı sənədə görə "Caspian Mind AI" Azərbaycanda "Oracle Alloy" operatoru olacaq və bu, şirkətə yerli səviyyədə idarə olunan bulud infrastrukturu vasitəsilə suveren "Oracle" bulud infrastrukturu xidmətləri təqdim etməyə imkan verəcək.
Tədbir çərçivəsində SOCAR ilə İtaliyanın Eni S.p.A. şirkəti arasında Kot-d'İvuar Respublikasında yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol da mübadilə edilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
