Pleyeri seçin:

SOCAR "Leucipa"nın tətbiqinə başladı | Yenilik barədə detallar

13 fevral 2025 288 baxış

SOCAR neft və qaz sənayesində proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması məqsədilə innovativ rəqəmsal həll olan “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır.

Xəzər regionunda ilk dəfə həyata keçiriləcək bu layihə SOCAR-ın apstrim rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsidir.

“Baker Hughes” şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində icra edilən bu təşəbbüs ilkin mərhələdə təxminən 100 quyuda tətbiq olunacaq və həm “Baker Hughes”, həm də digər istehsalçılara məxsus nasosların monitorinqinə imkan yaradacaq.

“Leucipa” proqramı vasitəsilə müxtəlif nasos sistemlərinin tam inteqrasiyası təmin ediləcək, bu da əməliyyat göstəricilərinin real vaxt rejimində izlənilməsinə və optimallaşdırılmasına şərait yaradacaq. Bu innovativ həll SOCAR-ın əməliyyat mükəmməlliyini artırmaq, istehsal proseslərini daha səmərəli idarə etmək və aktivlərin maksimum səviyyədə işləməsini təmin etmək strategiyasına tam uyğundur.

“Leucipa” proqramının əsas üstünlükləri arasında proqnozlaşdırıcı analitika, avadanlıqların istismar müddətinin uzadılması, istehsal dəyişkənliyinin optimallaşdırılması və resursların idarə edilməsində dəqiqliyin artırılması yer alır.

“Leucipa” proqramının “Azneft” İstehsalat Birliyində uğurlu tətbiqi regionun neft-qaz sənayesinin inkişafına, texnoloji sərmayələrin cəlb olunmasına və ümumilikdə sahənin gələcək tərəqqisinə mühüm təkan verəcək”, – deyə SOCAR-ın məlumatında qeyd edilib.

Banner
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 288 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 288 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 288 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 288 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 288 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 288 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 288 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 288 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 288 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 288 baxış
Seçilmişlər
icon