SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan “Neptun” özüqalxan qazma qurğusuna səfər ediblər.
Nümayəndə heyəti Ümid yatağında U-01A sualtı qiymətləndirmə quyusunda aparılan işlər və qurğunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.
Layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusunun qazıldığı və Ümid yatağında 6972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlandığı diqqətə çatdırılıb.
Layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra olunması xüsusi vurğulanıb.
Bununla yanaşı, “Neptun” qazma qurğusunda həyata keçirilən əməliyyatların ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
