SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu məsələ SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed arasında görüşdə müzakirə olunub.
Danışıqlar zamanı bu il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə Somali Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Görüşdə Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
