SOCAR və “KazMunayGaz” əməkdaşlıq münasibətlərinin genişləndirilməsini müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirib.
SOCAR-dan verilən məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf ilə “KazMunayGaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında baş tutan görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Bu xüsusda iki şirkət arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb. Tərəflər neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
