SOCAR və "ExxonMobil" arasında əməkdaşlığın vəziyyəti nəzərdən keçirilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi, SOCAR və digər dövlət təşkilatlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumata görə, dəyirmi masada Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib.
Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib.
ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb. Həmçinin neft, qaz, bərpa olunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
