SOCAR xarici şirkətlərlə yeni saziş imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti, Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti arasında “Abşeron” qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb.
SOCAR-dan verilən məlumata görə, satınalma tamamlandıqdan sonra Abu Dabi Milli Neft Şirkəti “Abşeron” qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə müvafiq olaraq 35% təşkil edəcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP tərəfindən idarə olunur. Yataqdan ilk qaz bu ilin iyul ayının əvvəlində hasil edilib. Satınalma ilə yanaşı, SOCAR və Abu Dabi Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim layihələrində iştirakını və bu istiqamətdə Abu Dabi Milli Neft Şirkəti tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər eyni zamanda bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
