Tərəflər birgə layihələri müzakirə ediblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti və Macarıstanın "MOL Group" şirkəti arasında səmərəli enerji həlləri vasitəsilə enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın dəstəklənməsinə yönəlmiş əlavə əməkdaşlıq imkanları müzakirə olunub.
Bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Daşkənddə keçirilmiş "Özbəkistanın nefti və qazı" tədbiri çərçivəsində "MOL Group"un kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Zsombor Martonla görüşdə aparılıb.
Tərəflər möhkəm və uzunmüddətli tərəfdaşlığı vurğulayıblar, eyni zamanda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə diqqət yetiriblər.
Rövşən Nəcəf bildirib ki, Azərbaycanda birgə upstream layihələri, o cümlədən Azərbaycanın Şamaxı-Qobustan bölgəsindəki quru sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilat Bölgüsü Sazişi çərçivəsində davam edən işlər barədə fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
- SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV
- ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV
