TPAO BP və SOCAR-la razılaşma sazişi imzaladı | Təfərrüatlar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
30-cu Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və Türkiyə Petrolları Anonim Ortaqlığı arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıblar.
Layihə çərçivəsində Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək.
Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO hasilatın pay bölgüsü sazişində ümumilikdə 30 % iştirak payına sahib olacaq. Bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan Türkiyə Petrolları Anonim Ortaqlığına veriləcək. Hazırda BP və SOCAR hasilatın pay bölgüsü sazişində hər biri 50 % iştirak payına malikdir.
#BP şirkəti teqi istifadə olunub
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV
- SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV
- Rövşən Nəcəf Qordon Birrel və Cio Kristofoli ilə görüşüb - Baku TV
- Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV
