Pleyeri seçin:

Xarici valyutaya tələb kəskin azaldı | Diqqətçəkən dəyişikliyin səbəbi - Baku TV

13 may 2026 463 baxış

2026-cı ilin ilk dörd ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərində dollarla saxlanılan vəsaitlərin payı mart ayında 2,1 faiz bəndi azalaraq 28 faizə enib.

İqtisadçı Xalid Kərimli bildirib ki, əhali son illərdə müşahidə olunan iqtisadi-maliyyə sabitliyi və neft qiymətlərinin yüksək olması fonunda manatın dəyərdən düşəcəyinə inanmır.

“Bu baxımdan manat depozitləri daha əlverişli şərtlər təqdim etdiyinə görə insanlar tədricən dollar depozitlərindən manat depozitlərinə keçirlər. Birinci məqam manata olan etibarın əhəmiyyətli dərəcədə artmasıdır və yaxın dövrdə manat üçün ciddi risklər görünmür. İkinci məqam isə iqtisadi aktivliklə bağlıdır”, – deyə o qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, idxalın azalması da xarici valyutaya tələbin aşağı düşməsinə səbəb olub. Belə ki, 2026-cı ilin birinci rübündə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz azalıb.

Qeyd edək ki, hərraclarda valyuta satışı ilə bağlı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertə təsir etməyib.

Fonddan dövlət büdcəsinə proqnozlaşdırılan həcmdə – 4 milyard 280 milyon manat transfert həyata keçirilib.

Bu dövrdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatları 10,2 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb.

Banner
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 463 baxış
SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 463 baxış
Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 463 baxış
Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 463 baxış
SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

İqtisadiyyat
15 oktyabr 2026 463 baxış
“Bu xidmət bizə xərcsiz görünür, amma...” | Kartdan-karta ödənişlərdə dəyişiklik ediləcək? - Baku TV

“Bu xidmət bizə xərcsiz görünür, amma...” | Kartdan-karta ödənişlərdə dəyişiklik ediləcək? - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 463 baxış
Kartdan-karta əməliyyatlar zamanı əlavə pul tutulacaq? - Baku TV CANLI

Kartdan-karta əməliyyatlar zamanı əlavə pul tutulacaq? - Baku TV CANLI

İqtisadiyyat
14 oktyabr 2026 463 baxış
Xəzər İnşaat Həftəsi çərçivəsində dörd beynəlxalq sərgi | Bakıdakı tədbirlə bağlı detallar - Baku TV

Xəzər İnşaat Həftəsi çərçivəsində dörd beynəlxalq sərgi | Bakıdakı tədbirlə bağlı detallar - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 463 baxış
Bakı Ekspo Mərkəzində oktyabrın 14-dən 16-dək tədbir keçirilir

Bakı Ekspo Mərkəzində oktyabrın 14-dən 16-dək tədbir keçirilir

İqtisadiyyat
14 oktyabr 2026 463 baxış
Benzin və dizelin pərakəndə qiymət artımını məhdudlaşdıran mexanizm açıqlanıb - Baku TV

Benzin və dizelin pərakəndə qiymət artımını məhdudlaşdıran mexanizm açıqlanıb - Baku TV

İqtisadiyyat
14 oktyabr 2026 463 baxış
Seçilmişlər
icon