Baku TV-dən 4 milyardlıq rekord!

01 sentyabr 2026 17 baxış

“Global Media Group”a daxil olan “Baku TV” YouTube platformasında növbəti böyük rekorda imza ataraq Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında liderliyini qoruyur.

Beynəlxalq analitik platforma “SocialBlade”in göstəricilərinə əsasən, Azərbaycan və rusdilli kanalların fəaliyyətə başladığı gündən bu günədək topladığı ümumi baxış sayı 4 milyardlıq tarixi həddi aşaraq 4 031 131 815-ə çatıb.

Belə ki, baxış göstəricilərinin dil bölmələri üzrə paylanmasında “Baku TV” (Azərbaycan dili) 2 290 467 778 baxış, “Baku TV RU” (rus dili) isə 1 740 664 037 baxış toplayıb. Eyni zamanda “Baku TV”nin YouTube üzrə ümumi abunəçi auditoriyası 3,3 milyon nəfəri geridə qoyub.

“Baku TV” operativ xəbər istehsalı, eksklüziv analitik materiallar, müsahibələr və xüsusi reportajları ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Rəqəmsal platformalarla yanaşı, kanalın yayımlarını bütün yerli provayderlər və “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

“Baku TV” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.

“Baku TV” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.

Kopyalandı
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 17 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 17 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 17 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 17 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 17 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 17 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 17 baxış
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 fevral 2026 17 baxış
Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 dekabr 2025 17 baxış
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 dekabr 2025 17 baxış
Seçilmişlər
icon