“Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan və tamaşaçıların rəğbətini qazanan “Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı efirə gedib.
Bu dəfə layihə tamaşaçıları Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Dəmirçi kəndinə aparıb. Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif kənd və şəhərlərini tanıtmaq, ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini və insanların həyat tərzini geniş auditoriyaya təqdim etməkdir.
Verilişin əsas ideya xəttini Azərbaycanın əsrlər boyu formalaşmış multikultural dəyərləri, müxtəlif xalqların və etnik qrupların dinc və mehriban birgəyaşayış ənənələri təşkil edir. Hər buraxılışda ölkəmizin fərqli bölgələrində yaşayan insanların gündəlik həyatı, özünəməxsus mətbəxi, sosial-məişət ənənələri və qonaqpərvərliyi işıqlandırılır.
55-ci buraxılışda Dəmirçi kəndinin sakinlərinin gündəlik həyatı, doğma torpağa bağlılığı, qonaqpərvərlik ənənələri və kəndin özünəməxsus xüsusiyyətləri səmimi söhbətlər və maraqlı kadrlarla tamaşaçılara təqdim olunur.
Qeyd edək ki, Azərbaycanda müxtəlif xalqların və etnik qrupların əsrlərdir davam edən dinc birgəyaşayış ənənəsi ölkəmizin multikultural zənginliyinin əsasını təşkil edir. Baku TV-nin “Kəndinə qayıt” layihəsi bu dəyərləri işıqlandıraraq Azərbaycanın bölgələrini, onların mədəniyyətini və milli-mənəvi irsini tamaşaçılara tanıtmağa davam edir.
Verilişin 55-ci buraxılışını aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=jrWQcuo4Ci4
#Dəmirçi kəndi teqi istifadə olunub
- Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT
- Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV
- Bu sənət son illərini yaşayır | Şamaxının Dəmirçi kəndinin yeganə nalbəndi danışdı
- Qabaqdan gələn maşınlar işarə etdi ki... | Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı
- “Zəngibasar Qərbi Azərbaycanda ən qanlı-qadalı illərin episentri olub” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
