Baku TV YouTube-da 2 milyard baxışı ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
“Baku TV”nin Azərbaycan dilində fəaliyyət göstərən rəsmi YouTube kanalı 2 milyard baxış həddini ötüb.
Beynəlxalq analitik platforma “SocialBlade”in statistik göstəricilərinə əsasən, “Baku TV”nin YouTube kanalı baxış sayına görə Azərbaycan üzrə “Xəbərlər və siyasət” kateqoriyasında birinci yerdə qərarlaşıb.
Ənənəvi televiziya fəaliyyəti ilə yanaşı, rəqəmsal platformalar üzrə əldə olunan nəticələr “Baku TV”nin ölkənin onlayn media məkanında lider mövqeyini möhkəmləndirib. Kanal baxış göstəricilərinə görə Azərbaycanın ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqe tutub.
“Baku TV”də yayımlanan operativ xəbərlər, analitik proqramlar, müsahibələr və xüsusi reportajlar geniş auditoriya tərəfindən izlənilir. Kanal gündəlik informasiya axınını operativ şəkildə işıqlandırmaqla yanaşı, ictimai-siyasi proseslər, sosial mövzular və regional hadisələrlə bağlı materiallar təqdim edir.
“Global Media Group”a daxil olan “Baku TV”ni sosial media platformaları ilə yanaşı, bütün yerli provayderlər vasitəsilə, həmçinin “Azərspace” peyki üzərindən Avropa və Asiyada izləmək mümkündür.
https://socialblade.com/youtube/lists/top/50/views/news/AZ
#Global Media Group teqi istifadə olunub
- "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- "Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
- Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV
