#Global Media Group
icon

Global Media Group — Azərbaycanın aparıcı media şirkətləri qrupu

Global Media Group 2017-ci ildən Azərbaycanın və regionun informasiya məkanında fəaliyyət göstərən və 15-dən çox media qurumunu əhatə edən aparıcı media şirkətləri qrupudur. Holdinqin tərkibinə Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Tərkib və layihələr

2018-ci il fevralın 18-dən fəaliyyət göstərən Baku TV televiziya kanalı Azərbaycan və dünyada baş verən hadisələri müxtəlif dillərdə, operativ şəkildə işıqlandırır. Geniş müxbir şəbəkəsi və 20-dən çox fərqli məzmunlu proqramı ilə seçilən kanal həm yerli provayderlər, həm də "Azərspace" peyki vasitəsilə Avropa və Asiyada yayımlanır. "Haber Global" telekanalı 2018-ci ildən bəri Türkiyənin ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərir.

Keyfiyyət standartları

Holdinqin tərkibindəki "Report" İnformasiya Agentliyi, "Oxu.Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. Beynəlxalq audit şirkəti "TÜV Austria Azərbaycan" tərəfindən aparılan yoxlamalar zamanı bu sertifikatlar növbəti dəfə təsdiqlənmişdir.

Analitika və Media Məktəbi

2020-ci ilin mayında yaradılmış "Global Analytics İnformasiya Mərkəzi" İctimai Birliyi KİV-lərin monitorinqi ilə məşğul olur. Mərkəz müxtəlif KİV-lərdə ayrı-ayrı dillərdə Azərbaycanla bağlı analitik materiallar hazırlayır. Bundan əlavə, holdinq nəzdindəki Media Məktəbi gənc jurnalistlərin peşəkar hazırlığına yönəlmiş təlim proqramları həyata keçirir. Məzunlar təlimin sonunda sertifikat alır və holdinqin müxtəlif media qurumlarında işlə təmin edilə bilirlər.