“Global Media Group” könüllü qanvermə aksiyasına qoşulub - Baku TV
Korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən “Global Media Group” cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən humanitar layihələri davam etdirir. Şirkətlər qrupu bu siyasətin tərkib hissəsi olaraq Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən icra edilən “Talassemiyasız həyat naminə” proqramına yenidən öz töhfəsini verib.
Ötən ilin dekabrında baş tutan analoji təşəbbüsün davamı olaraq 2026-cı il sentyabrın 4-də “Report” İnformasiya Agentliyinin ofisində növbəti könüllü qanvermə aksiyası reallaşdırılıb. Tədbirdə şirkətlər qrupuna daxil olan media şirkətlərinin əməkdaşları fəal iştirak edərək bu xeyirxah təşəbbüsə dəstək veriblər.
Fəaliyyətində yalnız media sahəsindəki layihələrlə kifayətlənməyən “Global Media Group” bu kimi xeyriyyəçilik addımları ilə ictimai rifaha töhfə vermək öhdəliyini bir daha nümayiş etdirib. Şirkət analoji sosial və humanitar təşəbbüslərin gələcəkdə də mütəmadi olaraq keçirilməsini planlaşdırır.
#Global Media Group teqi istifadə olunub
- "Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
- Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV
- “Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub
- "Haber Global" Türkiyənin ən yaxşı işəgötürənləri sırasında yer alıb - Baku TV
- "Forbes"in siyahısı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında - Baku TV
