Выбрать плеер:
41 ailənin sevincli günü | Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı - Baku TV
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailənin (138 nəfər) qayıdışı təmin olunub.
Скопировано
