Выбрать плеер:
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər 114 saylı marşrut avtobusundan şikayətçidirlər.
Onlar nəqliyyat vasitələrinin köhnə olmasından, eləcə də salonun baxımsızlığı və natəmizliyindən narazıdırlar.
"Heç bir yerdə belə köhnə və baxımsız avtobus yoxdur. Çirkə görə oturmağa utanırıq. Avtobuslar həm köhnə, həm də natəmizdir", – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
"Bu marşrutdan məcburiyyətə görə istifadə edirik. Həm sürücülər, həm də sərnişinlər əziyyət çəkirlər. İstəyirik ki, xəttə yeni avtobuslar buraxılsın. Nəqliyyat vasitələri çirk içindədir, təmizlənmir".
Скопировано
