“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında yardıma ehtiyacı olan 19 yaşlı Aydın Əkbərovun həyat hekayəsindən bəhs olunub.
Aydının anası Gülşən Sultanova bildirib ki, oğlu epilepsiyadan əziyyət çəkir və bu vəziyyət onun gündəlik həyatını çətinləşdirir.
Gülşən Sultanovanın sözlərinə görə, 3 övladı və həyat yoldaşı ilə birlikdə 10 il daxmada yaşayıblar.
“Uşaqlarımdan ikisi epilepsiya xəstəsidir. Daxmada yaşamaqdan və nəm yerdə yatmaqdan həyat yoldaşım və övladlarım xəstələndilər. Yoldaşım həyatını itirəndən sonra uşaqlarımla birlikdə atamın evinə köçdük. Aydının qıcolmaları tuturdu, burada yaşaya bilmirdi”, – deyə o əlavə edib.
Gülşən Sultanova oğlunun müalicəsi üçün maliyyə imkanlarının çatmadığını söyləyib:
“Hər 6 aydan bir müalicə almalıdır, amma pensiyası kəsilib deyə həkimə apara bilmirəm. Aydın dərmanla yaşayır, ona baxıram, buna görə də işləyə bilmirəm. Özümün də mədə-bağırsaq problemim var. Anamın və atamın pensiyası ilə dolanırıq”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, Aydın Əkbərovun əlilliyi müvafiq olaraq qiymətləndirilib. Elektron sistem üzərindən aparılan qiymətləndirmə və 2026-cı ildə həkim ekspertlərin əyani baxışı nəticəsində onun hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq, Aydın Əkbərovun əlillik diaqnozu təyin edilməyib.
Тег #Epilepsiya используется
- Başgicəllənmə düşündüyünüzdən daha təhlükəlidir! | Epilepsiya barədə səhv bilinənlər
- Həkimləri qorxudan hadisə | Çirkli havanın ağır fəsadı ortaya çıxdı
- Yaddaş zəifliyinin səbəbi ortaya çıxdı | 127 nəfərlə aparılan qeyri-adi test
- Hansı ölkələrin sakinləri daha tez ölür? | Riskli xəstəlik barədə mühüm açıqlama
- Hamiləlik vaxtı psixoloji gərginlik uşaqlarda hansı xəstəliyi yaradır?
