Cəmiyyət
Выбрать плеер:

Azad olunmuş ərazilərdə neçə kütləvi məzarlıq aşkarlandı?

30 августа 2024

Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri +un AZƏRTAC-da dərc olunan məqaləsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılan qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərə aid olduğu müəyyənləşdirilib.

Bununla yanaşı, Ermənistanın işğalından azad edilən ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilən digər təxirəsalınmaz tədbirlər nəticəsində 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.

Eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı şəhid olan və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.

Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.

Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılan axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılan meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşən Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən olunub. Bununla da meyit qalıqları eyniləşdirilən itkin şəxslərin sayı 151 olub.

Скопировано
Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Bakıdakı bu parklanma yerləri və eskalatorlar niyə acınacaqlı vəziyyətdədir?

Cəmiyyət
31 августа 2024
Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Çəpgözlük ağır xəstəliyin əlaməti ola bilər | Kataraktanın əsas səbəbləri - BAKU MED

Cəmiyyət
31 августа 2024
Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Ağdərəlilər bu məntəqələrdə səs verəcək | Ən yaşlı seçici isə…

Cəmiyyət
31 августа 2024
Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Hansı nadir quşlar yetişdirilir? - Asanlıqla tutmaq mümkün deyil və...

Cəmiyyət
31 августа 2024
Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Balıq ovu ilə bağlı qadağa bu tarixdə bitir | Detallar açıqlandı

Cəmiyyət
31 августа 2024
"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

"Eco Enacthon" tədbirinin əsas məqsədi nədir?

Cəmiyyət
31 августа 2024
Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Laçında 96 yaşlı nənə səsvermədə iştirak edəcək

Cəmiyyət
31 августа 2024
Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Kaş qardaşımın sümüklərini görərdim... | İtkin düşən hərbçilərimizin ailələri toplaşdı

Cəmiyyət
30 августа 2024
Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Polisdən “Əcəmi”dəki qalmaqal yaradan çay evləri ilə bağlı açıqlama

Cəmiyyət
30 августа 2024
Bazardan gələndə çətinlik çəkirik | Xətai sakinlərinin şikayətinə niyə baxılmır?

Bazardan gələndə çətinlik çəkirik | Xətai sakinlərinin şikayətinə niyə baxılmır?

Cəmiyyət
30 августа 2024
Выбранные
icon