Azadlıq prospektinə gedən yolda sıxlıq yaradan problemlər | Buradakı park isə... - NECƏ OLMALIDIR?
“Necə olmalıdır?” rubrikasının budəfəki buraxılışında 3-cü mikrorayon bazarından Azadlıq prospekti istiqamətinə gedən yoldakı sıxlıq problemi haqqında məlumat verilib.
Bildirilib ki, sözügedən yoldakı iki zolaqdan biri avtobuslar üçün ayrılsa da, minik avtomobilləri üçün ancaq günün müəyyən saatlarında bağlı olur:
“Bu zolaqdan sürücülər yalnız 07:00-dən 10:00-a və 17:00-dan 20:00-a qədər olan müddətdə istifadə edə bilməzlər. Qalan saatlarda bu zolaq sürücülər üçün açıqdır. Lakin bəziləri zolağa daxil olmağa ehtiyat edirlər”.
Vurğulanıb ki, sıxlığın əsas səbəblərindən biri də buradakı parkabənzər ərazidir: “Avtomobillərin axını bu park adlanan ərazidən keçsəydi, daha yaxşı olardı. Heç bir məqsədə xidmət etməyən asfalt park yalnız şəraiti çətinləşdirir”.