Выбрать плеер:

Badamdarda yol problemi sakinləri çıxılmaz vəziyyətə salıb - Baku TV

26 июля 2026 38 просмотров

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindən Bayıl və 20-ci Sahə istiqamətinə gedən yolun uzun müddətdir bağlı saxlanılması sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yolun bağlanması gündəlik gediş-gəlişi çətinləşdirib, sürücüləri daha uzun məsafə qət etməyə məcbur edib. Bu səbəbdən alternativ yollarda xüsusilə pik saatlarda müntəzəm tıxaclar yaranır.

Sözügedən yol bir neçə il əvvəl ərazidə baş verən torpaq sürüşməsinə görə bağlanmışdı. Sonradan mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülmüş və avtomobillərin hərəkəti bərpa edilmişdi.

Lakin bu ilin əvvəlində yağan intensiv yağışlardan sonra torpaq qatında yenidən hərəkətlilik müşahidə olunub. Təhlükəsizlik məqsədilə yol beton maneələrlə bağlanıb və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Hazırda hər iki istiqamətdən gələn avtomobillər maneələrə qədər hərəkət edə bilir. Sürücülər avtomobillərini burada saxlayaraq yollarına piyada davam etməli olurlar. Bəzi sürücülər isə səkidən və yol kənarından istifadə etməklə maneəni keçməyə çalışırlar.

Sakinlər bildirirlər ki, yol uzun müddətdir bağlı olsa da, ərazidə hər hansı aktiv iş aparılmır. Onları narahat edən əsas məsələ təhlükənin nə vaxt aradan qaldırılacağı və yolun nə zaman istifadəyə veriləcəyidir.

Скопировано
"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

"29 İMZA..." adlı bədii-sənədli film təqdim edildi - Baku TV

Cəmiyyət
27 июля 2026 38 просмотров
"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

"Qaniçən", yoxsa böyük sərkərdə? | Azərbaycanı birləşdirən Şah Qacarın cəsədi niyə 2 yerə bölündü?

Cəmiyyət
26 июля 2026 38 просмотров
"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

"Uşaqda fərasətə bax!" | Şirkətləri aciz qoyan 18 yaşlı Zakir 100 mini necə ələ keçirdi? - XÜLASƏ

Cəmiyyət
26 июля 2026 38 просмотров
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb - Baku TV

Cəmiyyət
26 июля 2026 38 просмотров
Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV

Cəmiyyət
26 июля 2026 38 просмотров
Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Paytaxt və bölgələrdə sabaha gözlənilən hava şəraiti açıqlandı | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 июля 2026 38 просмотров
Xalq şairi müalicə aldığı xəstəxanada... | Nəriman Həsənzadənin vəziyyəti ilə bağlı açıqlama

Xalq şairi müalicə aldığı xəstəxanada... | Nəriman Həsənzadənin vəziyyəti ilə bağlı açıqlama

Cəmiyyət
26 июля 2026 38 просмотров
Mikrob yuvasına çevrilən bina | Antisanitar vəziyyət sakinləri təngə gətirdi - Baku TV

Mikrob yuvasına çevrilən bina | Antisanitar vəziyyət sakinləri təngə gətirdi - Baku TV

Cəmiyyət
26 июля 2026 38 просмотров
Xərçəng riskini azaltmağın yolları

Xərçəng riskini azaltmağın yolları

Cəmiyyət
26 июля 2026 38 просмотров
Biləcəri sakinləri ayağa qalxdı | Yol problemi niyə həllini tapmır? - Baku TV

Biləcəri sakinləri ayağa qalxdı | Yol problemi niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
26 июля 2026 38 просмотров
Выбранные
icon