Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı yaradılan şəraitlə tanışlıq - Baku TV
Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı görülən işlərlə tanış olublar.
Əvvəlcə akkreditasiya mərkəzinə baş çəkən media nümayəndələrinə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov bildirib ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb.
Müvafiq zonalara bölünən stadion yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi olaraq hazırlanıb.
Forum zamanı gün ərzində təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.
