Выбрать плеер:
Baku TV-nin direktoru Ramin Cəfərov 24 KZ telekanalına müsahibə verib
2025-ci ilin noyabrında “Baku TV” telekanalı və “Xabar” Agentliyi Astanada əməkdaşlıq haqqında memorandum imzalayıblar.
“24 KZ” telekanalına verdiyi müsahibədə “Baku TV”nin direktoru Ramin Cəfərov rəhbərlik etdiyi rəqəmsal teleplatformanın yaranma mənbələri və uğura aparan yolu, internet yayımlarının müasir auditoriyanın tələblərinə uyğunluğu, rəqəmsal və klassik televiziya arasındakı fərqlər, eləcə də iki qardaş ölkənin – Azərbaycan və Qazaxıstan mediasının sıx əməkdaşlığının zəruriliyi haqqında danışıb.
Скопировано
