BANM və EATDA nümayəndələrinin görüşündə nələr müzakirə olundu? - Baku TV
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Agentlikdə keçirilən görüşdə elmi-tədqiqat fəaliyyətinin və beynəlmiləlləşmə göstəricilərinin gücləndirilməsi, qabaqcıl elmmetrik alətlərdən istifadənin genişləndirilməsi, tədris prosesinin təşkili və ali təhsildə digər prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin qarşıdakı hədəfləri və bu istiqamətdə həyata keçirilən çoxşaxəli fəaliyyətlər barədə məlumat verib.
Agentliyin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrinin elmi-tədqiqat potensialının artırılmasının onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.
Görüş çərçivəsində həmçinin xarici tələbələrin sayının artırılması, beynəlxalq təhsil qrantları və hökumətlərarası təqaüd proqramları üzrə təhsil alan tələbələrin tədrisinin təşkili, eləcə də universitet-sənaye əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.
