Cəmiyyət
Выбрать плеер:

Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının möhtəşəm şousunu izlədi

06 мая 2024

Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qarabağ atları, milli musiqi və Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

Yüz mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

Azərbaycan nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Böyük Britaniyanın Kralı III Çarlza tanınmış heykəltaraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərin təsvir olunduğu rəsm əsərini hədiyyə edib.

Eləcə də tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub.

Qeyd edək ki, mayın 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub.

Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən qarşılaşma 6:4 Azərbaycan komandasının xeyrinə başa çatıb.

Скопировано
Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Cəmiyyət
19 мая 2024
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Cəmiyyət
19 мая 2024
Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Cəmiyyət
19 мая 2024
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Cəmiyyət
18 мая 2024
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Cəmiyyət
18 мая 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Cəmiyyət
18 мая 2024
Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Cəmiyyət
18 мая 2024
Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Cəmiyyət
18 мая 2024
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 мая 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 мая 2024
Выбранные
icon