Выбрать плеер:
Bu yoldan keçən bir də gəlmək istəmir | "Lap betər gündədir, gündə 5-10 dəfə..." - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolu uzun illər əsaslı təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşüb.
Sürücülər çalalardan yayınmaq üçün yollarını dəyişməli olurlar, buna baxmayaraq, qəzalar baş verə bilir.
“60 ildir bu yolla gedib-gəlirəm. Yolun vəziyyəti göz qabağındadır. Maşını satıb at arabası almaq istəyirəm”, – sakinlərdən biri bildirib.
“Taksi işi ilə məşğuluq. Gündə ən azı 5–10 dəfə bu yolu keçirik. Vəziyyət çox pisdir”, – başqa bir şikayətçi əlavə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, maliyyə vəsaiti ayrıldıqdan sonra sözügedən magistralın Şəki-Zaqatala hissəsi əsaslı şəkildə yenidən qurulacaq.
Скопировано
