Cəmiyyət
Выбрать плеер:
Buludlu hava davam edəcək | Hava haqqında məlumat
Mayın 6-7-si Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 6-sı gecə və axşam, 7-si günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 14-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.
Скопировано
Выбранные