Cəmiyyət
Выбрать плеер:

Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır | Tokio - Oralarda necədir?

02 мая 2024

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub.

Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğan ölkədə doğulanların sayı ilbəil 3, 4 faiz aşağı düşür. Yaponiyada dünyaya uşaq gətirmək üçün klinikaya 450 dollar ödəniş etməlisən. Bu bizim pulla 765 manat edir.

Bələdiyyə hamilə qadınlara xüsusi nişan təqdim edir. Bu nişanı yanında gəzdirən qadına, necə deyərlər, bütün qapılar açıq olur. Onlara ictimai nəqliyyatda yer verirlər, heç bir yerdə növbədə gözlətmirlər və s.

Yapon uşaqlarına qayda-qanunu elə kiçik yaşlarından öyrədirlər. Bağçaya hələ bir yaşı tamam olmayan uşaqlar da qəbul olunur. 3 yaşa qədər olan uşaqlar üçün ödəniş aylıq 300 dollar (510 manat), 3 yaşdan 6 yaşına qədər isə 250 dollar (425 manat) təşkil edir. Yaponiya animeləri ilə də dünyada məşhurdur.

Tokioda anime kolleci belə var. Məzun olanlar Hollivud cizgi filmləri üzərində işləyə, kompüter oyunları yarada, hətta avtomobil markaları üçün yeni dizayn da təqdim edə bilirlər. Anime ilə 2 milyard dollar gəlir gətirir və kontentin 80 faizi Yaponiyada hazırlanır. Kollecdə oxumaq üçün ildə 9000 dollar (13500) manat ödənilməlidir.

Yaponiyada bir peşə var ki, buna dünyanın heç yerində rast gəlmək olmaz. Bu da qadın tərifləmək, onu dünyanın ən gözəl sözləri ilə vəsf etmək peşəsidir. Qadınlar bu peşəni icra edənlərin olduğu klublara adətən yaxşı vaxt keçirməyə gəlirlər. Klubda oğlanlar işləyir. Onları “host oğlan” deyə çağırırlar və gələn qadın müştəriləri əyləndirirlər.

Oğlanların xarici görünüşü və qadınlarla ünsiyyət bacarığı əsasdır. Müştəri nə qədər çox pul xərcləyərsə, bu “host oğlan”ın maaşına təsir göstərir. Hostun əsas işi qızlara əla komplimentlər deməkdən ibarətdir. Bu klubun qadın müştərilərindən yaş soruşmaq, onlara toxunmaq, hansı işlə məşğul olduqlarını öyrənmək qadağandır.

Yaponların işgüzarlığı və sutkada az qala 20 saat işləmələri haqqında gəzən söhbətlər həddindən artıq şişirdilib. Hətta bəzən günorta işdə yatıb yuxularını almaları barədə də xəbərlər çıxır. Deyirlər ki, yaponlar o qədər işləyirlər ki, ailələrini, əzizlərini belə görməyə vaxtları olmur. Tətilə çıxmaq isə mümkünsüz bir şeydir.

Maraqlıdır ki, yaponların özləri də başa düşmürlər ki, dünyada onlar haqqında niyə belə şaiyələr gəzir. Bu danışılanların hamısı mifdir. Onlar da gündə 8 saat işləyirlər. Yaponiyada yaxşı işə görə bonus alırlar. Maaş isə təcrübəyə və işlədiyin illərə görə artır. Tokioda yaxşı yaşamaq üçün aya ortalama 3000 dollar (5100) manat qazanmaq bəs edir.

Скопировано
Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Cəmiyyət
17 мая 2024
Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Cəmiyyət
17 мая 2024
Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Cəmiyyət
17 мая 2024
"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Cəmiyyət
16 мая 2024
Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Cəmiyyət
16 мая 2024
"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

Cəmiyyət
16 мая 2024
Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Cəmiyyət
16 мая 2024
Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Cəmiyyət
16 мая 2024
Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Cəmiyyət
16 мая 2024
Yevlax sakinləri Baku TV-yə danışdı

Yevlax sakinləri Baku TV-yə danışdı

Cəmiyyət
16 мая 2024
Выбранные
icon