Выбрать плеер:

Dabaq xəstəliyi hansı hallarda insana keçir?

22 октября 2025 329 просмотров

Son günlər ölkə ərazisində dabaq xəstəliyinin geniş yayılması ciddi narahatlıq doğurur.

Peyvəndləmə aparıldığı halda xəstəliyin kütləvi hal alması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Bayandur Rzayev bildirib ki, 2023-cü ilə qədər dabağın üç serotipinə qarşı peyvəndlənmə aparılıb:

“Həm bizim yerli mütəxəssislər, həm də Ümumdünya Səhiyyə Təşkilatı və qonşu ölkələrdə dövr edən xəstəliklər araşdırıldıqdan sonra peyvəndlənmənin tərkibinə beşinci serotip də əlavə olunacaq. Bu, xüsusi təhlükəli xəstəlik olduğu üçün artıq illərdir peyvəndləmə aparılır. Çox güman ki, hazırkı yayılma yeni tip serotiplə bağlıdır”.

Bayandur Rzayev qeyd edib ki, dabağın insanlara keçmə ehtimalı çox aşağıdır: “Yalnız heyvan mənşəli məhsullar, xüsusilə ət və süd məhsulları yarımbişmiş halda qəbul edildikdə, yoluxma riski yaranır. Amma indiyə qədər Azərbaycanda bu xəstəliyə insan yoluxması halı qeydə alınmayıb”.

Onun sözlərinə görə, xəstəlik əsasən hava-damcı və su vasitəsilə yayılır: “Əgər heyvanda dabaq aşkar olunubsa, mütləq şəkildə ağzı soda və ya əhəng məhlulu ilə yuyulmalıdır. 1-2 dəfə tətbiqdən sonra əlamətlər azalır. Dabaqda spesifik müalicə üsulu yoxdur, ölüm halları çox azdır, lakin məhsuldarlığa təsir göstərir. Hazırda yoluxma sayında azalma müşahidə olunur. Xəstəliyin inkubasiya və sağalma dövrü 15-20 gün çəkir”.

B.Rzayev fermerlərə tövsiyə edib ki, heyvanların temperatur rejimini düzgün tənzimləsinlər, bu halda ölüm hallarının qarşısı tam alına bilər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə dabaq xəstəliyinin sürətlə yayılması səbəbilə oktyabrın 25-dən etibarən ölkədə heyvan bazarlarının fəaliyyətinin müvəqqəti dayandırılacağını açıqlayıb.

Скопировано
Çin sirki: "Santa və Qızıl Əjdaha"

Çin sirki: "Santa və Qızıl Əjdaha"

Cəmiyyət
14 декабря 2025 329 просмотров
"İncə Naxış" adlı sərgi keçirildi - Baku TV

"İncə Naxış" adlı sərgi keçirildi - Baku TV

Cəmiyyət
14 декабря 2025 329 просмотров
Bakıda görülməmiş şou: “Santa və Qızıl Əjdaha” adlı Çin sirki təqdim olundu - Baku TV

Bakıda görülməmiş şou: “Santa və Qızıl Əjdaha” adlı Çin sirki təqdim olundu - Baku TV

Cəmiyyət
14 декабря 2025 329 просмотров
Əlilliyi olan gəncin atası Baku TV-yə müraciət etdi - Baku TV

Əlilliyi olan gəncin atası Baku TV-yə müraciət etdi - Baku TV

Cəmiyyət
14 декабря 2025 329 просмотров
Azərbaycanda boşanmaların sayında azalma | Səbəblər açıqlandı - Baku TV

Azərbaycanda boşanmaların sayında azalma | Səbəblər açıqlandı - Baku TV

Cəmiyyət
14 декабря 2025 329 просмотров
45 dəqiqə ürəyi dayanan qadın danışdı - Baku TV

45 dəqiqə ürəyi dayanan qadın danışdı - Baku TV

Cəmiyyət
13 декабря 2025 329 просмотров
“Son dəfə görəcəyimi bilsəydim...” | Faciəvi şəkildə ölən Eltacın ailəsinin fəryadı - ARZUNUN VAXTI

“Son dəfə görəcəyimi bilsəydim...” | Faciəvi şəkildə ölən Eltacın ailəsinin fəryadı - ARZUNUN VAXTI

Cəmiyyət
13 декабря 2025 329 просмотров
“Allahın heç nəyə ehtiyacı yoxdur” | Rövşən Abdullaoğlu 20 saniyədə nələri sübut etdi? - QAPQARA

“Allahın heç nəyə ehtiyacı yoxdur” | Rövşən Abdullaoğlu 20 saniyədə nələri sübut etdi? - QAPQARA

Cəmiyyət
13 декабря 2025 329 просмотров
Rusiyada polis Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi - Baku TV

Rusiyada polis Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi - Baku TV

Cəmiyyət
13 декабря 2025 329 просмотров
Yağış , qar, külək... | Hava ilə bağlı xəbərdarlıq edildi - Baku TV

Yağış , qar, külək... | Hava ilə bağlı xəbərdarlıq edildi - Baku TV

Cəmiyyət
13 декабря 2025 329 просмотров
Выбранные
icon