Выбрать плеер:
Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi - Baku TV
Baku TV-nin "Cəmiyyət" bölməsində müasir dövrün ən böyük təhdidlərindən biri olan dezinformasiya və onun həm qlobal miqyasda, həm də Azərbaycan reallığında yaratdığı ciddi təhlükələr barədə xüsusi süjet təqdim olunur. Reportajda saxta xəbərlərin yayılma mexanizmləri, sosial mediada informasiya manipulyasiyası və bu proseslərin milli təhlükəsizliyə, eləcə də ictimai rəyə mənfi təsirləri geniş təhlil edilir. Azərbaycanın üzləşdiyi informasiya hücumları, dezinformasiya ilə mübarizə üsulları və vətəndaşların xəbər savadlılığının artırılmasının əhəmiyyəti Baku TV-nin ekspert rəyləri ilə zəngin olan araşdırmasında.
Скопировано
