Выбрать плеер:
“Dişlərim olsa, xoşbəxt olaram” | “Üzünü görmədim, 3 uşağımız oldu” - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışının qəhrəmanı yardıma ehtiyacı olan İlahə Soltanova olub.
O, həyat hekayəsini bölüşərək üzləşdiyi çətinliklərdən söz açıb:
“Təhsil almamışam, buna görə başıma hər iş gəlib. Üç övladım var, yoldaşım uşaqlara baxmadığı üçün onu evdən qovdum. Ərimi sevmədən onunla ailə qurmuşdum, üzünü belə görməmişdim”.
İlahə Soltanova hazırda ağır şəraitdə yaşadığını söyləyib.
“Pis vəziyyətdəyəm, zülm çəkirəm. Tövlədə yaşamışam, 50 manata inəyə baxıram. Uşaqlarımı körpəlikdən çöldə böyütmüşəm. Dişlərim tökülüb, onlar düzəlsə, xoşbəxt olaram”, – deyə o bildirib.
Qeyd edək ki, veriliş zamanı İlahə Soltanovanın dişləri müalicə olunub və o, geyimlə təmin edilib.
Скопировано
