Выбрать плеер:
Ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub - Baku TV
Xəzər rayonunun Türkan qəsəbəsində "Bağlar məscidi" kimi tanınan ərazidə zibil qutularının olmaması ciddi antisanitar vəziyyət yaradıb.
Onlarla evin yerləşdiyi və məskunlaşmanın olduğu bu ərazidə sakinlərin tullantıları atmağa yeri olmadığı üçün yol kənarında böyük zibillik yaranıb.
Zibillərin daşınmaması səbəbindən sakinlərin tullantıları yandırması ərazidəki vəziyyəti daha da ağırlaşdırıb.
Sakinlərin aidiyyəti qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, problem hələ də öz həllini tapmayıb.
Скопировано
