Gənclər yaşlı nəslə niyə yer vermir? - Baku TV
İctimai nəqliyyatda xüsusi diqqət tələb edən şəxslərə yer verilməməsi məsələsi daim müzakirə mövzusu olub.
Yaşlı nəslin nümayəndələri bildirirlər ki, metro və avtobuslarda gənclər onlara əvvəlki kimi diqqət göstərmirlər.
“İndi hamı telefonla oynayır, heç kim qalxıb yer vermir”, – deyə onlardan biri söyləyib.
Başqa bir sakin isə qeyd edib: “Uşaqlı qadın görəndə ayağa qalxıb ona yer verirəm. Bu davranışımla oradakı cavanları utandırmış oluram”.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, Azərbaycanın qlobal dünyaya inteqrasiyası oradakı həyat tərzinin və davranış modellərinin cəmiyyətimizə sirayət etməsinə səbəb olur:
“Böyüyə hörmət, eləcə də kiçiyin yerini bilməsi kimi dəyərlər bizim milli ənənələrimizin əsasını təşkil edir və bunlara sadiq qalmalıyıq. Nəsillər arasında müəyyən anlaşılmazlıqlar hər zaman mövcud olub. Lakin həm yaşlı, həm də cavan nəslin nümayəndələri qarşılıqlı şəkildə bir-birlərini başa düşməlidirlər”.
