Выбрать плеер:

Hansı ərazilərdə kirayə ev tutmaq əhaliyə daha da baha başa gələcək? - Baku TV

18 августа 2026 140 просмотров

2026-cı ilin iyun ayında Azərbaycanda kirayə qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,4% artıb. Bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda bildirilib.

Qurumun 2025-ci il üzrə illik "Maliyyə Sabitliyi Hesabatı"nda isə təklif olunan kirayə evlərin yarısının aylıq qiymətinin 1000 manatdan yuxarı olduğu qeyd edilib.

Qarşıdan ali təhsil müəssisələrində tədris ilinin yaxınlaşması ilə əlaqədar paytaxtda kirayə evlərə tələbatın artacağı mövsüm yaxınlaşır. Maraqlıdır, bəs bu dövrdə kirayə qiymətləri daha da arta bilərmi?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, əvvəlki illərdə qiymət artımları əsasən mövsümi amillərlə bağlı olsa da, hazırda bahalaşma ilboyu davam edir. O bildirib ki, köhnə yaşayış fondunun sürətlə azalması ucuz mənzillərin sayını azaldır, təklif məhdudlaşdığı halda tələbin yüksək qalması isə qiymətlərin yüksəlməsinə səbəb olur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc da avqust ayından etibarən kirayə qiymətlərində yeni artım dalğasının başlayacağını proqnozlaşdırır. Onun sözlərinə görə, mövsümi canlanma nəticəsində qiymətlər əlavə 10-15 faiz arta bilər.

Ekspert qeyd edib ki, xüsusilə ali təhsil müəssisələrinin yerləşdiyi Nəsimi, Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında bahalaşmanın daha kəskin olacağı gözlənilir. Tələb azaldıqdan sonra bazarda müəyyən stabilləşmə yaransa da, bu, qiymətlərin enəcəyi anlamına gəlmir.

Vüqar Oruc əlavə edib ki, metronun "28 May" və "Nizami" stansiyaları arasında hərəkətin 11 aya qədər dayandırılması da kirayə bazarının coğrafiyasına təsir göstərə bilər. Onun fikrincə, ali təhsil müəssisələrinə nəqliyyat baxımından daha əlverişli ərazilərə tələbatın artması həmin zonalarda qiymətlərin daha sürətlə yüksəlməsinə şərait yarada bilər.

Скопировано
Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Cəmiyyət
06 сентября 2026 140 просмотров
Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Cəmiyyət
06 сентября 2026 140 просмотров
Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV

İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV

Göygöl rayonunda III Moruq Festivalı təşkil olunub | Sərgidə nələr nümayiş edildi? - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
Yer kürəsi üçün həyəcan təbili çalınır? | Virusların yayılma təhlükəsi nə qədərdir? - Baku TV

Yer kürəsi üçün həyəcan təbili çalınır? | Virusların yayılma təhlükəsi nə qədərdir? - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
Bakıdakı yarışda ən yaşlı iştirakçının 80 yaşı var, ən gəncin isə...

Bakıdakı yarışda ən yaşlı iştirakçının 80 yaşı var, ən gəncin isə...

Cəmiyyət
05 сентября 2026 140 просмотров
"Hərəsinə bir cür tərbiyə verilir, müəllim nəsə deməsin?!" - Bağçalarda kamera olmalıdır? - Baku TV

"Hərəsinə bir cür tərbiyə verilir, müəllim nəsə deməsin?!" - Bağçalarda kamera olmalıdır? - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
8 qonşu sakinin başına oyun açıb? - “Görün nə vəziyyətdir, həyətdə...” - Baku TV

8 qonşu sakinin başına oyun açıb? - “Görün nə vəziyyətdir, həyətdə...” - Baku TV

Cəmiyyət
05 сентября 2026 140 просмотров
Выбранные
icon