Выбрать плеер:

Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV

06 февраля 2026 142 просмотров

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən bir qrup Ermənistan Respublikasının vətəndaşı barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslər barəsində yekun hökm elan edilib.

Onlar Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırımı, əhalini məhv etmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, terrorçuluq, cinayətkar birlik yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma cinayətlərini törətməkdə təqsirli biliniblər.

Nəticədə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19, Qarik Martirosyan 18, Davit Allahverdiyan və Levon Balayan 16, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Скопировано
“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

“Ondan sonra qəddarlaşdım” - Mərhum polisin 30 illik xanımı göz yaşları içində | ARZUNUN VAXTI

Cəmiyyət
12 марта 2026 142 просмотров
Ramazan ayının 23-cü gününün duası - Baku TV

Ramazan ayının 23-cü gününün duası - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş anım tədbiri keçirildi

Cəmiyyət
12 марта 2026 142 просмотров
Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Xalq şairi Cabir Novruzun anım tədbiri keçirildi

Cəmiyyət
12 марта 2026 142 просмотров
4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

4 cildlik “Azərbaycan Kinosu. Yığcam Ensiklopediya (1898 – 2025)” kitabı nəşr olundu - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

"Oğuz eli var idi, bu da Oğuz gölüdür!" | Bərbad haldakı küçə | "Girməyə qorxurlar ki..." - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

"Qiymət aşağıdır, amma..." | Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir? - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
Ən çox izlənən "Baku TV" oldu | "YouTube"da baxış sayımız 2 milyardı ötdü - Baku TV

Ən çox izlənən "Baku TV" oldu | "YouTube"da baxış sayımız 2 milyardı ötdü - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Cəmiyyət
12 марта 2026 142 просмотров
Выбранные
icon