Выбрать плеер:

“İfşa edilib ki...” | İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? - Baku TV

04 августа 2026 135 просмотров

Günümüzdə marketlərdə alıcılara minlərlə çeşiddə ərzaq məhsulu təklif edilsə də, onların heç də hamısı müştərisini tapmır. Beləliklə, məhsulların bir hissəsinin istifadə müddəti market rəflərində bitir.

Rəsmi statistikaya görə, təkcə 2026-cı ilin birinci yarısında əhaliyə ümumi dəyəri 16 milyard manatdan çox ərzaq məhsulu satılıb. Bu isə sözügedən sahədə mal dövriyyəsinin həcminə aydınlıq gətirir.

Maraqlıdır, bəs istifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istifadə müddəti bitmiş məhsullar əvvəlcə satış zalından çıxarılır, daha sonra distribütora təhvil verilir və istehsalçıya qaytarılır. Onun sözlərinə görə, bundan sonrakı mərhələ ilə bağlı şəffaflıq yoxdur.

Eyyub Hüseynov qeyd edib ki, müxtəlif vaxtlarda dövlət orqanları yararlılıq müddəti bitmiş məhsulların üzərində dəyişiklik edilərək yenidən dövriyyəyə buraxılması faktlarını da aşkarlayıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev isə bu iddialarla razılaşmır. O bildirib ki, yararlılıq müddəti bitmiş məhsullar qanunvericiliyə uyğun olaraq məhv edilir.

Əli Nəbiyevin sözlərinə görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida məhsullarının izlənməsi təmin edilməli, qida subyektləri məhsulların dövriyyəsi barədə mütəmadi olaraq AQTA-ya məlumat təqdim etməlidirlər. O əlavə edib ki, məhsulların məhv edilməsi prosesi agentliyin müfəttişlərinin iştirakı ilə həyata keçirilir.

Qurumdan o da bildirilib ki, 2026-cı ilin birinci yarısında aparılan nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3 ton 670 kiloqram yararlılıq müddəti bitmiş ərzaq məhsulu aşkarlanaraq müvafiq qaydada məhv edilib.

Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Cəmiyyət
25 августа 2026 135 просмотров
Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Cəmiyyət
25 августа 2026 135 просмотров
"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Cəmiyyət
25 августа 2026 135 просмотров
Müraciətlər edilir, amma... | Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - Baku TV

Müraciətlər edilir, amma... | Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
Heyvan yemlərindəki ağır dərmanlar bizim süfrəmizə gəlir? - AKTUAL GÜNDƏM

Heyvan yemlərindəki ağır dərmanlar bizim süfrəmizə gəlir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 августа 2026 135 просмотров
"Ayaqları qırılıb, kim cavab verəcək?!" | Sakinlər ziyana düşdü: “Verin, oturum evimdə” - Baku TV

"Ayaqları qırılıb, kim cavab verəcək?!" | Sakinlər ziyana düşdü: “Verin, oturum evimdə” - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
Beş min namizəd vakansiya seçimində uğur qazandı - Baku TV

Beş min namizəd vakansiya seçimində uğur qazandı - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
Bu küçəni niyə avtobussuz qoyublar? | Qurumdan nəqliyyat problemi ilə bağlı açıqlama - Baku TV

Bu küçəni niyə avtobussuz qoyublar? | Qurumdan nəqliyyat problemi ilə bağlı açıqlama - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
"Yiyəsizlikdir!" | Yataqxanadan dəhşətli görüntülər | “Camaat qorxu, həyəcan içindədir” - Baku TV

"Yiyəsizlikdir!" | Yataqxanadan dəhşətli görüntülər | “Camaat qorxu, həyəcan içindədir” - Baku TV

Cəmiyyət
25 августа 2026 135 просмотров
Выбранные
icon