İqtisadiyyat
Выбрать плеер:

Kimlər elektrik doldurma məntəqəsindən ödənişsiz istifadə edə biləcək? | Detallar açıqlandı

13 ноября 2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.

Bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.

Yeni EDM-də 22 kW-luq və 60 kW-luq güclə təchiz olunan elektrik doldurma stansiyası xüsusi işarələrlə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq. Bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və “yaşıl enerji” təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.

SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kW-luq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.

SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönələn strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.

COP29 çərçivəsində SOCAR ilə "Italgas" şirkəti arasında əməkdaşlığa dair saziş imzalandı

COP29 çərçivəsində SOCAR ilə "Italgas" şirkəti arasında əməkdaşlığa dair saziş imzalandı

İqtisadiyyat
13 ноября 2024
Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

İqtisadiyyat
12 ноября 2024
Cəbrayılda meqalayihə | 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası reallaşır

Cəbrayılda meqalayihə | 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası reallaşır

İqtisadiyyat
12 ноября 2024
Enerji keçidində əsl dönüş yaratmaq üçün... | Pərviz Şahbazov tədbirdə çıxış etdi

Enerji keçidində əsl dönüş yaratmaq üçün... | Pərviz Şahbazov tədbirdə çıxış etdi

İqtisadiyyat
12 ноября 2024
Azərbaycan və SOCAR-ın 2050-ci ilədək hədəfləri | Detallar açıqlandı

Azərbaycan və SOCAR-ın 2050-ci ilədək hədəfləri | Detallar açıqlandı

İqtisadiyyat
12 ноября 2024
Trampın yenidən lider olması kriptovalyuta sektoruna necə təsir etdi? | İqtisadçı açıqladı

Trampın yenidən lider olması kriptovalyuta sektoruna necə təsir etdi? | İqtisadçı açıqladı

İqtisadiyyat
11 ноября 2024
COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında mühüm əməkdaşlıq

COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında mühüm əməkdaşlıq

İqtisadiyyat
11 ноября 2024
Qlobal ərzaq qiymətləri indeksi açıqlandı | Qiymət artımına səbəb nədir?

Qlobal ərzaq qiymətləri indeksi açıqlandı | Qiymət artımına səbəb nədir?

İqtisadiyyat
10 ноября 2024
Bitkoinin rekord həddə çatmasının əsas səbəbi | Ənənəvi aktivləri geridə qoydu

Bitkoinin rekord həddə çatmasının əsas səbəbi | Ənənəvi aktivləri geridə qoydu

İqtisadiyyat
09 ноября 2024
SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri müzakirə olunub

SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri müzakirə olunub

İqtisadiyyat
09 ноября 2024
Выбранные
icon