Cəmiyyət
Выбрать плеер:
Könüllülər üçün "SOCAR Polymer" zavoduna tur təşkil edildi
“SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə “SOCAR Könüllüləri”nin turu təşkil olunub.
Turda könüllülərə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə məlumat verilib.
İştirakçılar həmçinin zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.
Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilən zavod səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir.
Скопировано
Выбранные