Cəmiyyət
Выбрать плеер:

“Koroğlu” stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

02 мая 2024

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən növbəti layihənin icrasına başlanılıb.

Qurumdan bildirilib ki, metronun “Koroğlu” stansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı layihə hazırlanıb və Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” stansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir.

Eyni zamanda stansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır. Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal habın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində stansiyanın cənub çıxışında, yəni Milli Gimnastika Arenasının qarşısında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq, həmçinin minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək.

Bundan başqa, taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq və elektrik mühərrikli avtobuslar üçün doldurma məntəqələri quraşdırılacaq.

Скопировано
Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Cəmiyyət
17 мая 2024
Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Cəmiyyət
17 мая 2024
Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Cəmiyyət
17 мая 2024
Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Cəmiyyət
17 мая 2024
"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Cəmiyyət
16 мая 2024
Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Cəmiyyət
16 мая 2024
"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

Cəmiyyət
16 мая 2024
Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Cəmiyyət
16 мая 2024
Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Cəmiyyət
16 мая 2024
Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Cəmiyyət
16 мая 2024
Выбранные
icon