Maşın həvəskarlarının seçimi dəyişir | Gürcüstan bazarı niyə cəlbediciliyini itirdi? - Baku TV
Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma müşahidə olunur. Bir zamanlar bu bazara üz tutan alıcılar indi Gürcüstan avtomobil bazarından üz döndəriblər.
Bəs buna səbəb nədir?
Məsələ ilə bağlı danışan nəqliyyat üzrə ekspert Eyyub Əliyev bildirib ki, son 7-8 ildə vətəndaşlarımız Gürcüstan bazarına deyil, daha çox ABŞ, Cənubi Koreya və Yaponiya bazarlarına müraciət edirlər:
“Amerika, Cənubi Koreya və Yaponiya kimi ölkələrdən avtomobili internet üzərindən sifariş etmək Gürcüstana gedib gətirməkdən daha ucuz başa gəlir. Xüsusilə pandemiya dövründən sonra quru sərhədlərinin bağlı qalması 2020-ci ilə qədər zəifləyən bu tədarük zəncirini tamamilə qırdı. İnsanlar artıq qeyd olunan ölkələrdən daha rahat şəkildə avtomobil gətirə bilirlər”.
