Выбрать плеер:

Minalanmış ərazidə ağlasığmaz hərəkət | Ağdamda insanların həyatını təhlükəyə atanlar - Baku TV

29 декабря 2025 220 просмотров

İşğaldan azad olunmuş ərazilərdə “Qarabağ Xronikası” layihəsinin növbəti buraxılışı üçün aparılan çəkilişlər zamanı Baku TV-nin əməkdaşları təhlükəsizlik baxımından ciddi suallar doğuran hallar aşkar ediblər.

Ağdam rayonunda yerləşən yol kənarlarından birində minalanmış ərazilərin natamam şəkildə işarələndiyini müşahidə edib. Yolun sol tərəfi qırmızı payalarla tam şəkildə nişanlansa da, sağ tərəfdə xəbərdaredici payalar yalnız hissə-hissə yerləşdirilib.

Belə ki, yolun başlanğıcında bir paya görünür, təxminən 100–150 metr məsafədən sonra növbəti paya. Ərazidə vəziyyətin təhlükəli olduğunu açıq şəkildə göstərən digər məqam isə yolun yaxınlığında vizual olaraq görünən tank əleyhinə olan minaların mövcudluğudur.

ANAMA nümayəndəsi Samir Quluyevin sözlərinə görə, xəbərdarlıq payaları dəfələrlə quraşdırılsa da, sonradan kənd sakinləri tərəfindən sökülür və götürülür. Bunun əsas səbəbi isə həmin torpaq sahələrinin əkin məqsədilə istifadə olunmasıdır.

O qeyd edib ki, yerli sakinlərin bir qismi ərazilərin hələ də təhlükəli olduğunu tam dərk etmir və sözügedən sahələr ANAMA tərəfindən təmizlənməyib. Ərazidə açıq şəkildə görünən minaların kimlər tərəfindən çıxarıldığı isə məlum deyil. Bunun yerli sakinlər və ya digər şəxslər tərəfindən edildiyi istisna olunmur.

Onun sözlərinə görə, ANAMA yalnız rəsmi şəkildə təmizlənmiş və təhvil verilmiş sahələrə cavabdehdir.

Qeyd edək ki, minalanmış ərazilərdə xəbərdarlıq nişanlarının sökülməsi və qeyri-qanuni müdaxilələr həm bunu edən şəxslərin özləri, həm də başqaları üçün ciddi təhlükə yaradır və mənfi nümunə formalaşdırır. Bu səbəbdən hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi vacibir.

Скопировано
Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Cəmiyyət
01 апреля 2026 220 просмотров
Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
"Gecə 4-ə qədər..." | Bu restoran sakinlərin yaşayışını görün necə kabusa çevirib - Baku TV

"Gecə 4-ə qədər..." | Bu restoran sakinlərin yaşayışını görün necə kabusa çevirib - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
253 nəfər Xocavəndə qayıtdı

253 nəfər Xocavəndə qayıtdı

Cəmiyyət
31 марта 2026 220 просмотров
"6 azərbaycanlı, 6 türkiyəli əsgər orada..." | 2 minə yaxın şəxsin qətlə yetirildiyi rayon - Baku TV

"6 azərbaycanlı, 6 türkiyəli əsgər orada..." | 2 minə yaxın şəxsin qətlə yetirildiyi rayon - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" | MTK və vətəndaş arasında qalmaqal - Baku TV

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" | MTK və vətəndaş arasında qalmaqal - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
"Mən yaxşı baxmıram" | Bəzi işıqforlarda vaxt göstəricisi niyə ləğv olunub? - Baku TV

"Mən yaxşı baxmıram" | Bəzi işıqforlarda vaxt göstəricisi niyə ləğv olunub? - Baku TV

Cəmiyyət
31 марта 2026 220 просмотров
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olundu

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olundu

Cəmiyyət
31 марта 2026 220 просмотров
Выбранные
icon