Выбрать плеер:

Moped sürənlər bunları mütləq bilsin | Yeni qaydalar açıqlandı - Baku TV

07 июля 2026 224 просмотров

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda mopedlərin dövlət qeydiyyatına alınması, onlara dövlət qeydiyyat nişanının verilməsi və “A1” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən edilib. Təklif olunan qanun layihəsində isə bu dəyişikliklərdən irəli gələn əlaqəli qanunların uyğunlaşdırılması nəzərdə tutulur.

Bunu Milli Məclisin iyulun 7-də keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

“Bununla əlaqədar “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və “İcbari sığortalar haqqında” qanunlara müvafiq dəyişikliklər təklif edilir. Layihəyə əsasən, mopedlər avtomobil yollarından istifadə edən nəqliyyat vasitələri sırasına daxil edilir. Onların texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin verilməsi, habelə sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının tətbiqi müəyyən olunur.

Eyni zamanda qeydiyyata alınmış mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortalanması da nəzərdə tutulur. Bu dəyişikliklər mopedlərin yol hərəkətində tamhüquqlu iştirakçı kimi hüquqi tənzimlənməsini təmin etməklə yanaşı, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə və bu nəqliyyat vasitələrinin istismarı zamanı yarana biləcək risklərin daha səmərəli idarə olunmasına xidmət edir”, – deyə deputat bildirib.

Скопировано
"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

Cəmiyyət
24 августа 2026 224 просмотров
Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Cəmiyyət
23 августа 2026 224 просмотров
"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

Cəmiyyət
23 августа 2026 224 просмотров
Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Cəmiyyət
23 августа 2026 224 просмотров
“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

Cəmiyyət
22 августа 2026 224 просмотров
M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

Cəmiyyət
22 августа 2026 224 просмотров
"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

Cəmiyyət
22 августа 2026 224 просмотров
Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Cəmiyyət
22 августа 2026 224 просмотров
Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Cəmiyyət
22 августа 2026 224 просмотров
"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

Cəmiyyət
22 августа 2026 224 просмотров
Выбранные
icon