Cəmiyyət
Выбрать плеер:

Nəvəm dedi ki, atama görə ağlamayın | Anası şəhid Abbas Əliyevin ölümündən danışdı

04 мая 2024

Jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Oğlu ilə bağlı xatirələrini bölüşən şəhid anası Təranə Əliyeva onun müharibəyə yollanmasından danışıb:

“Müharibə başlayanda dedi ki, mən mütləq getməliyəm. Yük daşıyırdı, Xızıya mal aparmışdı. Gəlib dedi ki, gedirəm. Söylədim ki, Abbas, bəlkə nə vaxt çağırsalar, onda gedəsən. Dedi ki, mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?!”.

T.Əliyeva Abbasın şəhid olmasını öyrənməsindən bəhs edərkən qeyd edib ki, ona əvvəlcə oğlunun yaralandığı deyilib:

“Dedilər ki, onu gətirmək üçün bizlə kimsə getməlidir. Hiss etdim ki, yaralanmayıb. Çünki yaralansaydı, onu hospitala yerləşdirərdilər. Daha sonra getməsi üçün qaynatasına zəng etdik. Onun nəşini gətirəndə qayınatasından ilk olaraq soruşdum ki, balamın bütün əzaları yerində idi?”.

Скопировано
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 мая 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 мая 2024
Uşaq bu şəkildə öskürürsə... | Adi və göyöskürəkdə nələrə diqqət etməli? - BAKU MED

Uşaq bu şəkildə öskürürsə... | Adi və göyöskürəkdə nələrə diqqət etməli? - BAKU MED

Cəmiyyət
18 мая 2024
Ərazilərimizdəki mina və sursatlar belə zərərsizləşdirildi | MN-dən görüntülər

Ərazilərimizdəki mina və sursatlar belə zərərsizləşdirildi | MN-dən görüntülər

Cəmiyyət
18 мая 2024
Kərim Vəliyev və Hikmət Mirzəyev vəzifəli şəxslərə tapşırıqlar verdi

Kərim Vəliyev və Hikmət Mirzəyev vəzifəli şəxslərə tapşırıqlar verdi

Cəmiyyət
18 мая 2024
Laçın sakinləri ilə reportaj | Daha 18 may işğal günü kimi qeyd edilmir

Laçın sakinləri ilə reportaj | Daha 18 may işğal günü kimi qeyd edilmir

Cəmiyyət
18 мая 2024
Binədə qeyri-adi hadisə | Yola tökdükləri başlarına bəla oldu

Binədə qeyri-adi hadisə | Yola tökdükləri başlarına bəla oldu

Cəmiyyət
18 мая 2024
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək?

Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək?

Cəmiyyət
18 мая 2024
Gəncədə binası özəlləşdirilən musiqi məktəbinin taleyi necə olacaq?

Gəncədə binası özəlləşdirilən musiqi məktəbinin taleyi necə olacaq?

Cəmiyyət
18 мая 2024
Velosiped zolağındakı pandusları sökən kimlərdir?

Velosiped zolağındakı pandusları sökən kimlərdir?

Cəmiyyət
18 мая 2024
Выбранные
icon