Выбрать плеер:

Özündən çıxan ev sahibi görün nə etdi | Bu sahədə cərimələr artdı, vergi isə... - Baku TV

14 января 2026 222 просмотров

Sosial şəbəkələrdə yayılan görüntülərdən birində kirayəçinin yaşadığı evi zibilliyə çevirdiyi əks olunub. Ev sahibi isə bu vəziyyətə etiraz edərək kirayəçidən mənzili tərk etməsini tələb edir.

Bu kimi halların yaşanmaması üçün mütəxəssislər kirayəçi ilə ev sahibi arasında münasibətlərin rəsmiləşdirilməsini, yəni kirayə müqaviləsinin bağlanmasını vacib hesab edirlər. Çünki əvvəlcədən həm qiymət, həm də şərtlər razılaşdırıldıqda xoşagəlməz halların qarşısı alınır.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Məsələn, evini aylıq 400 manata kirayə verən şəxs əvvəl 56 manat vergi ödədiyi halda artıq bu məbləğ 40 manat təşkil edəcək.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, notarial qaydada bağlanan müqavilələrdə tərəflərin öhdəlikləri dəqiq şəkildə qeyd olunur:

“Gələcəkdə tərəflərdən hər hansı biri bu öhdəlikləri pozarsa, bununla bağlı məsuliyyət daşıyacaq. Ən çox rast gəlinən hallar kirayə haqqının vaxtından əvvəl artırılması və ya kirayəçinin əsassız olaraq mənzildən çıxarılması ilə bağlıdır. Müqavilə həmçinin kirayəçi tərəfindən mənzilə dəyən zərərlərin qarşısının alınmasına xidmət edir. Müqavilə imzalandıqdan sonra ev sahibi vergi ödəyicisi kimi qeydiyyata alınır və əldə etdiyi gəlirin 10 faizini vergi kimi ödəyir”.

Qeyd edək ki, bu yeniliklər sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən və ya hüquqi şəxslərə kirayə verilən əmlaklara şamil edilmir.

Vergidən yayınma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən daha bir yenilik maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin təqdim edilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu cərimə əvvəl 40 manat idi.

Скопировано
Ramazan ayının 25-ci gününün duası - Baku TV

Ramazan ayının 25-ci gününün duası - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
Ürəyində 2 dənə deşik var | Aztəminatlı ailəyə sosial yardım niyə verilmir? - Baku TV

Ürəyində 2 dənə deşik var | Aztəminatlı ailəyə sosial yardım niyə verilmir? - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq etdi - ANA XƏBƏR

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq etdi - ANA XƏBƏR

Cəmiyyət
14 марта 2026 222 просмотров
Xanoba kəndinə ilk köç

Xanoba kəndinə ilk köç

Cəmiyyət
14 марта 2026 222 просмотров
Bakının hansı rayonlarında mənzillər bahalaşıb? - Baku TV

Bakının hansı rayonlarında mənzillər bahalaşıb? - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
İnzibati cərimələr üçün ödənilən məbləğ geri qaytarılır? - Baku TV

İnzibati cərimələr üçün ödənilən məbləğ geri qaytarılır? - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
“Nə baxan var, nə də...” | Mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? - Baku TV

“Nə baxan var, nə də...” | Mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
Erkən yaşda cinsi həyata başlamanın riskləri | Vaxtında həkimə müraciət etməsəniz... - BAKU MED

Erkən yaşda cinsi həyata başlamanın riskləri | Vaxtında həkimə müraciət etməsəniz... - BAKU MED

Cəmiyyət
14 марта 2026 222 просмотров
FHN Naxçıvanda cəzaçəkmə müəssisəsində təlim keçirdi - Baku TV

FHN Naxçıvanda cəzaçəkmə müəssisəsində təlim keçirdi - Baku TV

Cəmiyyət
14 марта 2026 222 просмотров
"Yaşlı adamın eşqi çox ağır olur" | "Arvadı qonşuya buraxma" | Əmircanlı ağsaqqal - O VAXTLAR

"Yaşlı adamın eşqi çox ağır olur" | "Arvadı qonşuya buraxma" | Əmircanlı ağsaqqal - O VAXTLAR

Cəmiyyət
13 марта 2026 222 просмотров
Выбранные
icon