Cəmiyyət
Выбрать плеер:
Qalıqları tapılan şəhid Gülalı Dadaşov dəfn edildi | Bacısının duyğulandıran sözləri
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Gülalı Məhəmməd oğlu Dadaşov dəfn olunub.
Şəhid Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
“Sevinirəm ki, 31 ildən sonra qardaşım artıq gəlib, öz yanımızdadır. Dövlətimiz sağ olsun. Bütün şəhidlərimizə Allah rəhmət etsin”, – şəhidin bacısı deyib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.
Скопировано
Выбранные