Cəmiyyət
Выбрать плеер:

Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır? | ARAŞDIRMA

05 октября 2024

Azərbaycan kinosunda “müəllim” obrazı dedikdə, ilk ağla gələn film “Bizim Cəbiş müəllim” olsa da, kinomuzda bu mövzuya aid xeyli filmlər var.

Ağarza Quliyev və Qriqori Braginskinin birgə quruluş verdiyi “Almaz” səssiz filmində Almazın timsalında mübariz müəllim obrazı yaradılıb.

Film Cəfər Cabbarlının ssenarisi əsasında çəkilib. Şəhərdən ucqar kəndlərin birinə müəllim işləməyə gedən Almaz burada xeyli çətinliklərlə qarşılaşır.

Almaz təkcə şagirdlərə dərs demir, eyni zamanda qadın haqlarının müdafiəçisi rolunda çıxış edir. Onun təşəbbüsü ilə qadınlar üçün yun birliyi təşkil olunur, iş yerləri açılır.

Lətif Səfərovun “Bəxtiyar” filmində Məmmədrza Şeyxzamanov “Professor Rəcəbov”u canlandırmaqla samballı müəllim obrazı yaradıb.

Professorun filmdə göründüyü ilk epizodda uşaqlar icazəsiz onun alma bağına girirlər. Bəxtiyarın şirin səsini eşidən professor onu oxutdurub səsini yoxlayır, bağdan edilən oğurluğun heç fərqinə də varmır. Biləndə ki, uşaqlar almanı nə məqsədlə dərirmişlər, özü alma yığmaqda onlara kömək edir.

Sonrakı epizodlarda professor Rəcəbovun Bəxtiyarın taleyi ilə maraqlanması, neftçi işləyən gənci musiqi təhsili almağa cəlb etmək istəyi onun nə qədər uzaqgörən olduğunu göstərir.

Hüseyn Seyidzadənin “Dəli Kür” filmində iki tədris üsulunun – mollaxana və dünyəvi məktəbin qarşıdurması göstərilir.

Uşaqların dünyəvi təhsil alması üçün Rus Əhməd Qoridən gəlmiş müəllim Çernyayevski ilə birlikdə kənd camaatını razı salmağa çalışır. Lakin din xadimi və mollaxana müəllimi Molla Sadıq maneə törədir.

Filmin sonunda biz Qoridən müəllim kimi qayıdan kənd uşaqlarını görürük.

Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmi kulta çevrilmiş filmlərimizdəndir.

Bu film milli kinomuzda II Dünya müharibəsi zamanı arxa cəbhədəki həyata həsr olunmuş ən gözəl ekran əsərlərindəndir.

Saf qəlbli müəllimlərin prototipi olan Cəbiş əsl müəllimdir. O, sabun bişirmək bacarığından istifadə edərsə, varlı olacağını bilsə də, bunu müəllim əxlaqına sığışdırmır.

Filmin son epizodlarında Cəbiş müəllimin bişirdiyi sabunları cəbhəyə yola düşən keçmiş şagirdlərinə paylayır.

Çamadanı boş, vicdanı təmiz evə qayıdan Cəbiş müəllim yenicə açılan Bakı səhərini gülümsəyərək seyr edir. 

Скопировано
Məşhur türkiyəli aktrisa azərbaycanlı sənətkarlardan danışdı

Məşhur türkiyəli aktrisa azərbaycanlı sənətkarlardan danışdı

Cəmiyyət
06 октября 2024
Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi istifadəyə veriləcək

Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi istifadəyə veriləcək

Cəmiyyət
06 октября 2024
Atam dedi ki, orada çoxlu dostların olacaq | Azyaşlılar Cəbrayılla bağlı təəssüratlarını bölüşdü

Atam dedi ki, orada çoxlu dostların olacaq | Azyaşlılar Cəbrayılla bağlı təəssüratlarını bölüşdü

Cəmiyyət
06 октября 2024
Yeraltı parklanmanın ilk 15 dəqiqəsi niyə yenidən ödənişli oldu?

Yeraltı parklanmanın ilk 15 dəqiqəsi niyə yenidən ödənişli oldu?

Cəmiyyət
05 октября 2024
"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

"İblis və..." tamaşasının Bakı premyerası böyük təntənə və uğurla baş tutdu

Cəmiyyət
05 октября 2024
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi | Hava haqqında məlumat

Cəmiyyət
05 октября 2024
Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Tuladan olan velosipedçilərin Cənub bölgəsinə gəlmə məqsədi | Burada insanlar qonaqpərvərdir

Cəmiyyət
05 октября 2024
Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!

Cəmiyyət
05 октября 2024
Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Azad edilmiş torpağımızda tam orta məktəb istifadəyə verildi | Neçə şagird təhsil alacaq?

Cəmiyyət
05 октября 2024
Zəngilanda quruculuq işləri davam edir | Yaşayış kompleksi haqqında ümumi məlumat

Zəngilanda quruculuq işləri davam edir | Yaşayış kompleksi haqqında ümumi məlumat

Cəmiyyət
05 октября 2024
Выбранные
icon