Выбрать плеер:

"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

09 июля 2026 34 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında çəkiliş qrupu Xəzər rayonunun Zirə qəsəbə sakini Ramil Məmmədovun müraciətini araşdırıb.

Şikayətçinin sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona 26 min manat məbləğində cərimə yazılıb. Vətəndaş bu məbləği ödəmədikdə qurum məsələ ilə bağlı məhkəməyə müraciət edib. Lakin Ramil Məmmədov bildirir ki, məhkəmə prosesinin sonunda qərar onun xeyrinə olub və “Azəriqaz” iddiasını sübut edə bilməyib.

Buna baxmayaraq, şikayətçinin sözlərinə görə, nə onun adına yazılmış borc sistemdən silinib, nə də evinə normal qaz verilişi təmin olunub. O iddia edir ki, qaz bir gün verilir, beş gün isə kəsilir. Bu səbəbdən ailə odun sobasından, qaz balonundan və elektrik avadanlıqlarından istifadə etməyə məcbur qalır.

Ramil Məmmədov deyir ki, dəfələrlə məhkəməyə gedib, proseslərdə iştirak edib və qurumun nümayəndələrindən cəriməni əsaslandıran sübut tələb edib.

“Bir gün xəbər tutdum ki, qaz idarəsi məni 26 min manatlıq cəriməyə görə məhkəməyə çağırır. Əvvəl inanmadım, düşündüm ki, yəqin səhv salıblar, kiminsə borcunu mənim adıma yazıblar. Sonra gördüm ki, həqiqətən də, söhbət bizim evdən gedir.

Məhkəmədə dedim ki, əgər bu cərimə yazılıbsa, qoy bir fakt göstərsinlər. Mən bu qədər qazı necə istifadə etmişəm? Hakim də qarşı tərəfdən sübut istədi. Dedilər ki, növbəti iclasda təqdim edəcəklər. Amma bir neçə iclasa ümumiyyətlə gəlmədilər. Gələndə də əsaslı sübut ortaya qoymadılar.

Sonradan məsələ apellyasiyaya getdi. Mən vəkil tutmadan özüm proseslərdə iştirak etdim. Nəticədə, məhkəmədə müsbət qərar verildiyini dedilər. Amma bu günə qədər sistemdə həmin 26 min manat borc görünür. Kommunal borclarımı ödəmək istəyirəm, amma sistemə daxil olanda bu məbləğ qarşıma çıxır. Mən bunu necə ödəyim?”, – deyə şikayətçi bildirib.

Скопировано
Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Cəmiyyət
09 июля 2026 34 просмотров
Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Cəmiyyət
09 июля 2026 34 просмотров
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Cəmiyyət
08 июля 2026 34 просмотров
Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Cəmiyyət
08 июля 2026 34 просмотров
Sel suları Balakəndə həyatı iflic etdi | “Toyuq-cücə gedib, vəziyyət pisdir” - Baku TV

Sel suları Balakəndə həyatı iflic etdi | “Toyuq-cücə gedib, vəziyyət pisdir” - Baku TV

Cəmiyyət
08 июля 2026 34 просмотров
Выбранные
icon