"Avtobusları 1 dəfə şarj etdikdən sonra..." | Naxçıvanda müasir avtobuslar - Baku TV
“Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ictimai nəqliyyat sektorunun yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin davamı olaraq ötən gün ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvanda yeni elektrik avtobus parkının açılışı baş tutdu”.
Bu sözləri Baku TV-yə müsahibəsində “BakuBus” MMC-nin şöbə müdiri Əsmər Əliyeva bildirib.
“Tikintisinə ötən ilin dekabr ayında başlanan avtobus parkında təmir mərkəzi, yuma məntəqəsi və inzibati bina fəaliyyət göstərəcək. Avtobus parkı 112 sərnişin avtobusu tutumuna malikdir. Burada 60 ədəd BYD markalı, 53 nəfər sərnişin tutumuna malik avtobus sərnişinlərin xidmətinə təqdim edilib. Avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 16 ədəd şarj stansiyası quraşdırılmışdır. Qeyd edim ki, avtobuslar birdəfəlik şarjdan sonra 200-220 kilometr məsafə qət edə biləcəkdir”, – deyə o vurğulayıb.
