Выбрать плеер:
"Bu yolun yiyəsi haradadır?" - Küçədə dəhşətə gətirən mənzərə: "Vurub öldürəcəklər" - Baku TV
Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən kanalizasiya qapağının asfalt səviyyəsindən aşağı olması yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır.
Belə ki, yanvarın 11-də motosiklet sürücüsü kanalizasiya qapağına ilişərək xəsarət alıb.
Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur.
“Lük tez-tez açıq qalır, maşınlar ciddi zərər görür. Bir ildir ki, yollar bu vəziyyətdədir”, – sakinlərdən biri deyib.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, sözügedən ünvanda yaranan çətinlik idarənin qəza qrupu tərəfindən yaxın vaxt ərzində aradan qaldırılacaq.
Скопировано
