"Düzəltmirlər, baxmırlar!" - Bağçada böyük təhlükə | "Belə olsa, qoymayacağam..." - Baku TV
Gəncədə 12 gün əvvəl əsən güclü külək şəhərdə bir sıra fəsadlar törədib.
Təbii fəlakət nəticəsində 46 nömrəli körpələr evi-uşaq bağçasının dam örtüyü uçub, lakin hələ də təmir edilməyib.
Valideynlərdən biri mövcud vəziyyətə narazılığını ifadə edərək deyib: “Küləyin bir dəfə əsməsi ilə dam dağılıb töküldü. Bir azdan yağış yağsa, bağçanın içinə dolacaq. Baxan yoxdur”.
“İş adamıyam deyə məcbur qalıb uşağı bağçaya qoyuram. Belə davam etsə, qoymayacağam”, – deyə digər bir valideyn söyləyib.
Məsələ ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, güclü külək nəticəsində sözügedən uşaq bağçasının dam örtüyünə dəymiş zərərin miqyası dəyərləndirilib:
“Yaxın günlərdə təhsil müəssisəsində zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi və bağçanın infrastrukturunun əvvəlki vəziyyətinə qaytarılması nəzərdə tutulur. Hazırda müəssisədə təlim-tədris prosesinin fasiləsizliyi təmin edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə uşaqların məşğələləri müəssisənin digər korpusunda davam etdirilir”.
Тег #Gəncə используется
- “4 ildir söz verirlər ki...” | Uşaq futbol klubunda görün hansı şəraitdə oynayırlar - Baku TV
- "Yıxılanda ağaca dəyib, onda da..." - Dəhşət: 13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı - Baku TV
- "Haqqında elə şey deyilməmişdi ki..." | Yaxınları şokda: 17 yaşlı oğlan ata qatili oldu? - Baku TV
- Gəncədə ticarət mərkəzində yanğın baş verib
- Gəncədə avtomobil yaşayış binasına çırpılıb
